“Türk Dünyası Mədəniyyəti” adlı Beynəlxalq tələbə konfransı keçirilib
Azərbaycan Dillər Universitetinin əməkdaşlığı çərçivəsində Təhsildə Keyfiyyətin təminatı və monitorinq şöbəsi və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə “Türk Dünyası Mədəniyyəti” adlı Beynəlxalq tələbə konfransı keçirilib.
Konfransda Dokuz Eylül Universitetinin Xarici dillər fakültəsinin direktoru prof. Gülmira Kuruoğlu, ADU-nun Tədris məslələri üzrə prorektoru, f.e.d. Sevinc Zeynalova, Elmi işlər üzrə prorektor f.e.d., prof. Novruz Məmmədov və Təhsildə Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri fil.f.d. Sayana Bağırova çıxış ediblər.
Çıxışlar zamanı hər iki universitet arasında yaranan akademik əməkdaşlığın inkişafından söz açıblar. Onlar dostluq və qardaşlıq münasibətləri barədə fikirlərini bildirib, təəssüratlarını bölüşüblər.
Bölmə rəhbərləri və tələbələrin təqdimatları ilə davam edən “Türk Dünyası Mədəniyyəti” adlı Beynəlxalq tələbə konfransda 3 işçi dil - ingilis, fransız və alman dilləri olmaqla 3 bölmədə təşkil olunub.
Azərbaycan Dillər Universitetinin tələbələri - Şəms Cəfərova “The role of Haydar Aliyev in the development of Turkey-Azerbaijan cultural relations”, Sara Həsənli “The bright figures of Azerbaijani literature-Nizami Ganjavi”, Aysel Əlibabalı “L’épopé Kitabi-Dede Gorgoud est un monument littéraire du monde turcique”, Elvira Quliyeva “Perles du cinéma azerbaïdjanais”, Fikrət Ağayev “Unser ewiger Stolz: Uzeyir Hajibeyov” və Ayşə Əliyeva “Multikulturelle Sprachpolitik in Aserbaidschan” adlı mövzularla təqdim olunan işçi dillərdə öz təqdimatları ilə çıxış ediblər. Çıxşlar Dokuz Eylül Universitetinin professor-müəllim heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Bölmələr üzrə hər iki universitetin tələbələri öz təqdimatlarını uğurla nümayiş etdiriblər.
Konfrans unversitetlərarası əlaqələrin davamlı olması və fəaliyyətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.