XƏBƏRLƏR

Dissertasiya işlərinin uğurlu müdafiəsi

26 dekabr, 2021

22 dekabr 2021-ci il tarixdə ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Milana Yunis qızı Abbasova 5708.01 – German dilləri ixtisası üzrə “İngilis dilinin tədqiqinə sosiolinqvistik yanaşmada müasir tendensiyalar” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

22 dekabr 2021-ci il tarixdə ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Nigar Xanlar qızı Bağırova 5708.01 – German dilləri ixtisası üzrə “German dillərində gələcək zamanın semantik-koqnitiv təhlili” mövzusunda  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

24 dekabr 2021-ci il tarixdə ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Arzu Hikmət qızı Məmmədova 5708.01 – German dilləri ixtisası üzrə “Təhsil diskursunda ingilis dili vasitəsilə qloballaşma” («Глобализация посредством английского языка в образовательном дискурсе») mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

24 dekabr 2021-ci il tarixdə ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Sevil Ələsgər qızı Məmmədova 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “Devid Herbert Lourensin yaradıcılığında qadın obrazlarının tipologiyası” mövzusunda  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.