ADU-da Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib
Dekabrın 21-də Azərbaycan Dillər Universitetində Rumın dili və Mədəniyyəti Mərkəzinin və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Türk dünyasının böyük ədibləri: Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfəkkirə” adlı elmi-ədəbi görüş keçirilib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova tələbələrin bu kimi görüşlərdən faydalanacaqlarına əmin olduğunu söyləyib. O, hər üç dahi söz ustadlarının həm həyatının, həm də yaradıcılığının uzun illər ərzində tədqiq olunduğunu və bu günümüzə qədər də araşdırıldığını qeyd edib.
Görüşdə ADU-nun Rumın dili və Mədəniyyəti Mərkəzinin müdiri Jozefina Batto tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, türk dünyasının böyük mütəfəkkirləri olan Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfəkkirə zəngin yaradıcılığa və bəşəri ideyalara malik böyük şəxsiyyətlərdi. Dünyanın bir neçə elmi tədqiqat sahələrində bu üç dahi şəxsiyyətlərlə bağlı araşdırmalar aparılıb, əsərləri bir neçə xarici dillərə tərcümə olunub.
Tədbir tələbələrin hazırladıqları bədii kompozisiya ilə başa çatıb.