ADU-da növbəti elmi şura keçirilib
Noyabrın 30-da Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda müəllim-professor heyəti, şura üzvləri iştirak edib.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov gündəlikdə duran məsələlərdən danışıb. ADU-nun müəllim kollektivinin 44 günlük Vətən müharibəsindəki aktiv rolundan, fəaliyyətindən söhbət açılıb. Əsgərlərimizin mənəvi-psixoloji durumunun yüksək səviyyədə qorunub saxlanılmasında məhz pedaqoqların əməyi danılmazdır. ADU-nun bir neçə müəllim və əməkdaşı bu münasibətlə təltif olunublar. Onlara diplom və Fəxri Fərmanlar təqdim olunub.
ADU-nun elmi və tədris məsələləri ilə bağlı çıxışçılara söz verilib. Tədris bölməsinin müdiri Şəfəq Şahməmmədova dərs yüklərinin bölgüsündən və tədrisin keyfiyyətindən danışıb. Qeyd olunub ki, universitet müəllimlərinə yüksək şərait yaradılıb və bunun nəticəsində təhsil ocağı öz tədris imkanları və keyfiyyəti ilə seçilir. Növbəti semestrdə də bu imkanların artırılması və tədrisin keyfiyyətinin artırılmasının zəruriliyi önə çəkilib.
ADU-nun Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva magistratura səviyyəsində təhsil alan tələbələrin bilik və bacarıqlarının yüksəldilməsi imkanlarının artırıldığını vurğulayıb. Yeni tədris olunan fənnlərin bu sahədə xüsusi önəm daşıdığı qeyd olunub. Elm şöbəsinin müdiri Sevda İmanova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fialə Abdullayeva müvafiq istiqamətlər üzrə məruzə ilə çıxış ediblər.
Qeyd olunan məsələlərlə bağlı qərarların icrası və müvafiq plan üzrə həyata keçirilməsi tapşırılıb.