ADU-da üçüncü doza peyvənd vurulması ilə əlaqədar görüş keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) professor-müəllim heyəti, tələbələr və inzibati əməkdaşların 3-cü doza peyvənd vurulması ilə əlaqədar olaraq görüş keçirilib. Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, fakültə dekanları, müvafiq struktur bölmə rəhbərləri iştirak edib.
İclasda ADU əməkdaşlarının Covid-19 əleyhinə vaksinasiya olunması ilə bağlı fikir mübadiləsi aparılıb, 3-cü doza peyvəndin vurulması ilə bağlı hazırkı vəziyyət qiymətləndirilib.
Qeyd olunub ki, vaksinasiya ilə bağlı prosesləri sürətləndirmək və asanlaşdırmaq üçün universitetə həkimlər cəlb olunacaq. Eyni zamanda pfizer vaksini vurdurmaq istəyənlər üçün müvafiq tibb ocağında növbəsiz görüş təşkil olunacaq.
İclasda həmçinin struktur bölmə rəhbərlərinə tapşırılıb ki, ali təhsil müəssisələrində çalışan şəxslər üçün 3-cü doza peyvəndin zəruriliyi haqqında maarifləndirici iş aparılsın.