XƏBƏRLƏR

Nurlana Axundova və İradə Ələsgərova dissertasiya işini uğurla müdafiə ediblər

22 noyabr, 2021

20.10.2021-ci il tarixində  ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasında Nurlana Akif qızı Axundova 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə  "Tomas Eliot poemalarının poetik xüsusiyyətləri" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

* * *

20.10.2021-ci il tarixində  ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasında İradə Kamal qızı Ələsgərova  5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə "S.Moemin və C.Faulzun hekayələrində bədii təsvir dünyası" ("Художественный мир в рассказах С.Моэма и Дж.Фаулза") mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.