XƏBƏRLƏR

"Bir günlük xəlifə" tələbə özünüidarəetmə günü keçiriləcək - ELAN

14 noyabr, 2021

13 DEKABR 2021-cu il tarixində “Auditoriya+” proqramı çərçivəsində

                                                                  AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ

“BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək

"Bir günlük xəlifə" tələbələrin universitetin rəhbər sturukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin bir günlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən Universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə, magistrant və doktorantı layihədə iştirak edə bilər. Aşağıda adları qeyd edilən vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.

Tələbələr aşağıdakı vəzifələri tutmaq üçün öz namizədliyini verə bilər:

Rektor
Tədris məsələləri üzrə prorektor
Elm və innovasiya məsələləri üzrə prorektor
Beynəlxalq əlaqələr üzrə prorektor
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
Təhsil-1 fakültəsinin dekanı
Təhsil-2 fakültəsinin dekanı
Tərcümə fakültəsinin dekanı
Filologiya fakültəsinin dekanı
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı
Əlavə təhsil və təcrübə fakültəsinin dekanı
SABAH qrupunun dekanı
Magistratura şöbəsinin müdiri
Doktorantura şöbəsinin müdiri
Kitabxana şöbəsinin müdiri
Tələbə şöbəsinin müdiri
Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri
Amerika mərkəzinin müdiri
İndoneziya araşdırmalar mərkəzinin müdiri
İsrail və Yaxın Şərq Mərkəzinin müdiri

Hindi dili və mədəniyyəti mərkəzinin müdiri
Avstriya mərkəzinin müdiri
Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin müdiri
Yaponiya araşdırmalar mərkəzinin müdiri
İtalyan dili mərkəzinin müdiri
Pakistan mərkəzinin müdiri
Türkiyə mərkəzinin müdiri
Alman oxu zalının müdiri
Koreya mədəniyyət mərkəzinin müdiri
İspan dili mərkəzinin müdiri
Rusiyaşünaslıq ETL müdiri
Skandinaviya mərkəzinin müdiri
Rumıniya Mərkəzinin müdiri
Serbiya Mərkəzinin müdiri
Macar Mərkəzinin müdiri
Konfutsi İnstitutunun müdiri
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Qeyd: Vəzifələrin tutulmasına namizdəliyini vermiş şəxslər dekanlıqdan xüsusi anket formasını götürərək tam doldurub Gənclər Təşkilatları ofisinə təqdim edir. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunurlar. Layihənin növbəti mərhələləri ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.

Bu proyektdə istənilən vəzifə üzrə əvvəl qalib olan şəxslər müsabiqəyə müraciət təqdim edə bilməzlər.

Müraciətlərin son qəbul tarixi: 26  noyabr 2021-ci il

Müraciətlərin qəbul ünvanı: Əsas bina, 4-cü mərtəbə THİK otağı - 424, İkinci tədris binası 5-ci mərtəbə THİK otağı - 500