XƏBƏRLƏR

ADU-da Macarıstanın təqaüd proqramlarına həsr olunmuş görüş olub

10 noyabr, 2021

Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə Macarıstanın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil üzrə attaşesi Mihali Gruberin tələbələrlə görüşü olub.

Təqaüd proqramları çərçivəsində keçirilən görüş zamanı qonaq ölkəsinin təhsili, dili, ərazisi, əhalisi, coğrafi mövqeyi və təqaüd proqramı haqqında slayd vasitəsi ilə ətraflı məlumat verib.

O, eyni zamanda  təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətindən danışıb.

Qonaq həmçinin, təhsil naziri Emin Əmrullayevlə olan görüşündən də söz açıb.

Qeyd edək ki, Macarıstanın təqaüd proqramları haqqında məlumatı http://htp.edu.az/ saytı vasitəsi ilə əldə etmək olar.