XƏBƏRLƏR

“Xarici Dillərin Tədrisinin Aktual Problemləri” mövzusunda Respublika elmi-praktik konfransı

02 noyabr, 2021

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Xarici Dillərin Tədrisinin Aktual Problemləri” mövzusunda  Respublika elmi-praktik konfransı

24 dekabr 2021-ci il tarixində Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik onlayn konfrans keçirəcəkdir.

Konfrans aşağıdakı mövzuları əhatə edəcəkdir:

Xarici dillərin tədrisinin pedaqoji aspektləri
Xarici dillərin tədrisinin psixoloji aspektləri
Xarici dillərin tədrisinin linqvistik problemləri

Sizi bu konfransda iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus. 

Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir. 

Tezislərin son göndərilmə tarixi:                                            1 dekabr 2021-ci il  

 Tezislərin tərtibinə qoyulan tələblər:  

müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
təmsil etdiyi müəssisənin  adı – 12 pt, tünd rəng;
tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
tezislərin həcmi – 350-500 söz, format–A4, səhifələr nömrələnmir;
açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
sətirlərarası məsafə (interval) –1,5 sm;
istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
tezislər elektron variantda təqdim olunmalıdır.

Konfrans iştirakçılarının əlavədə göstərilən qeydiyyat vərəqini doldurub, e-mail ünvanına göndərmələri xahiş olunur. Konfrans Microsoft Teams platformasında keçiriləcəkdir. Qeydiyyatdan keçən iştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.                      

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel:

Mob: 050-452-53-00

E-mail:  [email protected]

 

QEYDİYYAT VƏRƏQİ

“Xarici Dillərin Tədrisinin Aktual Problemləri” mövzusunda  Respublika

elmi-praktik konfransı

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı

Təmsil etdiyi müəssisə, şəhər

Telefon nömrəsi, elektron ünvan