XƏBƏRLƏR

ADU-da Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun təşkilatı dəstəyi ilə müsabiqə keçirilib

08 oktyabr, 2021

Koreya Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun təşkilatı dəstəyi ilə “Koreya ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsi” keçirilib.

Oxucular Koreya dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Vegetarian”(Han Kanq), “Məşğul ailə”(Kanq Conq Yon), “Şahzadə Bari”(Hvanq Sok Yonq) əsərləri haqqında öz fikir və təəssüratlarını yazı və video şəklində ifadə edərək müsabiqəyə qatılıblar. Müsabiqədə məktəb şagirdləri, tələbələr və s. də daxil olmaqla ümumilikdə 73 nəfər iştirak edib.

Münsiflərin qiymətləndirilməsi nəticəsində qaliblər bəlli olduqdan sonra oktyabr ayının 8-i müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

Tədbir tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədovanın çıxışı ilə başlayıb. O, tədbir iştirakçılarını salamlayaraq onlara öz təbrikini çatdırıb. Daha sonra Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun müsabiqə iştirakçılarına ünvanlanan təbrik videosu səslənib. Tədbir qaliblərin elan edilməsi və mükafatlandırılması ilə sona çatıb.

Müsabiqədə birinci yeri Aysel Talıbova, ikinci yeri Aydan Həsənova, üçüncü yeri Asya Əliyeva, dördüncü yeri isə Turanə Cəfərova və Nərmin Əliyeva tutub. Qaliblər mükafat və sertifikatlarla təltif olunublar.