XƏBƏRLƏR

ADU-nun prorektoru “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” görüşündə iştirak edib

08 oktyabr, 2021

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində təşkil olunan ali təhsil müəssisələrinin prorektorlarının ilk görüşündə iştirak edib. 

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ KA2 layihənin ilk fəaliyyət planı çərçivəsində Azərbaycan universitetləri, eləcə də ali təhsil sahəsində olan digər maraqlı tərəflər, o cümlədən tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında əlaqələr, şəbəkələşmə və əməkdaşlığın mövcud vəziyyəti haqqında genişhəcmli tədqiqat aparılır.

Tədqiqatın əsas hədəflərindən biri ali təhsil sisteminin və universitetlərarası əlaqələrin inkişaf etdirilməsinə dair rəylərin öyrənilməsi məqsədilə ali təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri ilə müsahibələrin təşkil olunmasıdır.

Tədqiqatın ilkin mərhələsində aparılan sorğularda 15 rektor, 349 nəfərdən ibarət idarəetmə heyəti, 518 nəfərlik akademik heyət, 72 nəfər əmək bazarı nümayəndələri, 1429 tələbə və 554 məzun olmaqla ümumilikdə 2937 nəfər iştirak edib.