XƏBƏRLƏR

ADU-da Vətən müharibəsinə həsr olunmuş dəyirmi masa keçirilib

30 sentyabr, 2021

Sentyabrın  30- da Azərbaycan Dillər Universitetində (ADU) unversitetin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa müharibə tarixini və zəfər sevincini əks etdirən  “Qarabağ Azərbaycandır!” adlı videoçarxın nümayişi ilə başlayıb.

Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Şəlalə Bağırova Qondarma Dağlıq Qarabağ Respublikasının tarixi və  saxtakarlığı haqqında ətraflı məlumat verib. O, qeyd edib ki,  “mənfur düşmən tarix boyu nə qədər saxtakarlıq etsə də, bu müharibədə əldə etdiyimiz qalibiyyət onların bu yalanını ifşa edərək, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha  hər kəsə sübut etdi”

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov mənbəyi və mənşəyi olmayan erməni əlifbası və dini etiqadlarının tarixi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Birinci və ikinci Qarabağ müharibəsi tarixi  barədə geniş danışan  universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev hər iki müharibə ilə bağlı müqayisəli fikirlər səsləndirib.

 O, həmçinin yaxın tarixdə baş verən qələbə uğurundan danışıb, tələbələrə şəhid ailələri və qazilərlə həssas davranmağı tövsiyə edib.

ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov “ikinci Qarabağ müharibəsinin “Ədalətli müharibə nəzəriyyəsi” mövzusunda çıxış edib. Tədqimat  zamanı o, “Ədalətli vəzifə”, “Qanuni hakimiyyət”, “Xoş ünsiyyət” “Müvafiqlik”, “Son vasitə”, “Qələbə eldə etməyin real şansları”, “Mütanasiblik”,  “Fərqləndirmə” mövzularına toxunub. Elşən Məcidov müharibə zamanı qələbəmizin də məhz bu prinsiplərə əsaslanaraq əldə edildiyini bildirib.

Filologiya və jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Könül Fərəcbəyli ölkəmizin sərhədlərindən və onun qədim tarixindən danışıb. O, ölkəmizin Qarabağ ərazisindəki hissəsini Milli Qəhrəmanlarımız  Mübariz İbrahimov və general-mayor Polad Həşimov yolunu seçən igidlərimizin sayəsində yenidən bərpa etdiyimizi vurğulayıb.  Tələbələri şəhidlərimizi unutmamağa səsləyib.

Tədbir universitet tələbələrinin çıxışları ilə yekunlaşıb.