XƏBƏRLƏR

TKT təliminin qeydiyyatı başlayır - ELAN

24 sentyabr, 2021

Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzi British Counsil və Azərbaycan Dillər Universitetinin təlimçisi Zarema İbrahimova ilə "TKT (Teaching Knowledge Test)" təliminin qeydiyyatına başlayır. Hər bir modul 8-10 dərsi əhatə edir. Bu təlimdə iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar.

Eyni zamanda, TKT müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir, belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.

Modul 1. Dil və dil təliminin tədrisinin əsasları
Modul 2. Dərsin planlaşdırılması və dil tədrisində resurslardan istifadə
Modul 3. Təlim və tədris prosesinin idarə olunması
Sonda hər bir iştirakçıya Azərbaycan Dillər Universitetinin rəsmi SERTİFİKATI veriləcək.
Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küç 134, Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzi

Əlaqə nömrələri: (+99451) 315 54 24, 0124410172