XƏBƏRLƏR

“Vətənim Azərbaycandır!” esse müsabiqəsi başlayır - ELAN

24 sentyabr, 2021

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir. Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.

Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.

Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini ([email protected]) e-mail adresinə göndərə bilərlər.