XƏBƏRLƏR

“Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” adlı esse müsabiqəsi elan olunur

23 sentyabr, 2021

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına  həsr olunmuş:  bakalavr və magistrantların “Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” adlı esse müsabiqəsi elan olunur.  

Münsiflər heyəti:

- Sədr: Azərbaycan Dillər Universitetinin elmi işlər  üzrə  prorektoru prof. N.   Məmmədov

1. – üzv: Tələbə Elmi Cəmiyyətinin sədri müəl. E. Məcidov

2. – üzv: Elm şöbəsinin müdiri,dos.S.İmanova

3. – üzv: Regionşünaslıq kafedrasının müdiri dos. S. Əliyeva

Müsabiqənin şərtləri:

- Esselər: Times New Roman şrift, 1,15 interval, 12 şrift, səhifənin ölçüləri: hər    tərəfdən 2 sm olmaqla, A4 formatda tərtib edilməlidir,

-Yuxarı sağ küncdə tələbənin adı,fakültəsi, qrupu, elektron ünvanı(mail adresi), mobil nömrə, elmi rəhbərin adı, ortada essenin adı olmalıdır,

- Esselərin həcmi 2 səhifədən artıq olmamalıdır,

- Esselər Azərbaycan, Rus, İngilis və ya tələbənin ixtisas dilində yazıla bilər.

Qiymətləndirmə meyarları:

- Mövzu orijinal olmalı (plagiat,köçürülmə olmamalı),

Müəllifin öz fikir və düşüncələrini əks etdirməlidir.

Mükafatlar: 3 məqaləyə (I, II, III yer) diplom veriləcək və onların esseləri nəşr olunacaq.

Esselərin göndərilməsi üçün son tarix:  15.12.2021-ci il

Esselər elektron olaraq (digər esselər  ilə səhv salınmaması üçün  məktubda “Üzeyir Hacıbəyli Esse” başlığı altında) [email protected]  ünvanına göndərilməlidir.