XƏBƏRLƏR

ADU və Almaniyanın "F + U" Dillər Akademiyası arasında memorandum imzalanıb

20 sentyabr, 2021

Azərbaycan Dillər Universiteti ilə "F + U" Dillər Akademiyası (Heidelberg, Almaniya) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və "F + U" Dillər Akademiyasının rəhbəri  Karl-Heinz-Rippel imzalayıb.

Əməkdaşlıq müqaviləsinin əsas məqsədi "Foundation Work & Study Germany" virtual hazırlıq proqramını həyata keçirmək, alman təhsil sisteminə inteqrasiya olunmuş azərbaycanlı tələbələrin ixtisaslarını artırmaq, məlumat mübadiləsi aparmaq, regional və beynəlxalq əlaqələrə nail olmaq üçün tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmək,  eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafının gücləndirilməsi üçün səyləri birləşdirməkdir.

Bu əməkdaşlıq həm tələbələr, həm də məzunlar üçün iş imkanları yaradacaq.