XƏBƏRLƏR

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov vəfat edib

13 sentyabr, 2021

ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov vəfat edib. İlham Abbasov 1999-cu ildən ADU-nun əməkdaşı idi və universitetin bir sıra dəyərli mübadilə layihələrinin uğurla yerinə yetirilməsinə böyük əmək sərf etmişdi. Tələbələrə olan qayğısı, diqqəti, hər bir tələbəyə onların qoşulacaqları layihələrin özəlliklərini ayrı-ayrılıqda, dönə-dönə təfsilatı ilə izah etməsi İlham müəllimə xas olan yüksək keyfiyyətlərdən idi. İlham müəllim hər zaman xoş rəftarı, ciddi nizam-intizamı və mehriban, gülərüz xasiyyəti ilə yadda qalacaq.

ADU-nun rektoru, akademik Kamal Abdullanın və kollektivimizin adından İlham Abbasovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik.

Ruhu şad olsun!