ADU-nun dosentinin kitabı işıq üzü görüb
Azərbaycan Dillər Universitetinin dosenti Tofiq Quliyevin “Mənim Ordubadım” adlı kitabı işıq üzü görüb.
Kitabda müəllifin etnoqrafik material kimi şeirləri, əfsanələri, oçerkləri və hekayələri toplanıb.
Yeni nəşr “Mütərcim” nəşriyyatı tərəfindən işıq üzü görüb. Kitabın bədii redaktoru f.e.d., professor M.Y.Qazıyeva, rəyçiləri isə f.e.d., professor A.M.Babayev və f.f.d., professor T.S.Quliyevdir.
Qeyd edək ki, T.Quliyev 1952-ci ildə Zəngilan rayonunda anadan olub. 1974-cü ildə APXDİ-nin İngilis dili fakültəsini bitirən T.Quliyev, 2000-ci ildən etibarən Azərbaycan Dillər Universitetinin müəllimidir. O, 2012-ci ildə “İngilis və Azərbaycan dillərində idiomatiklik və idiomların transformasiya yolları” mövzusunda dissertasiya müdafiə etmiş, 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə ona Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adı verilib.
1 monoqrafiya, 3 dərs vəsaiti, 4 proqram, 31 elmi məqalə və 4 tezisin müəllifi olan T.Quliyev həm də müxtəlif beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır.