XƏBƏRLƏR

"Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü" mövzusunda yay məktəbi təşkil edilir - ELAN

27 iyul, 2021

Alman Akademik Mübadilə Xidmətinin lektoru Mara-Lisa-Gezer və Azərbaycan Dillər Universtieti Germanistika İnstitutu

DAAD GO East Sommerschule «Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü» mövzusunda birgə yay məktəbi təşkil edir.

Yay məktəbinin tarixi: 04.09-14.09.2021.

Yay məktəbində kimlər iştirak edə bilər: Azərbayan Respublikasında istənilən ixtisas  üzrə təhsil alan, alman dili bilik səviyyəsi (minimum B1) və ingilis dili bilik səviyyəsi (minimum B1) olan tələbələr (bakalavr, magistr) 

Yay məktəbinin ünvanı: Azərbaycan Dillər Universitetinin əsas binası (Bakı şəhəri, R.Behbudov küçəsi, 134).

1. Yay məktəbinin məqsədi: Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə Azərbaycanı təqdim etmək, ölkə haqqında məlumatlandırmaq, onun reallıqlarını çatdırmaq, qərb ölkələri ilə Azərbaycan arasında yaxınlaşmaya töhfə vermək. Yay məktəbi azərbaycanlı  tələbələrə ölkəmiz haqqında ilk təəssürat yaratmaq, müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək imkanı verəcəkdir. Eyni zamanda, Almaniyadan və Azərbaycandan olan iştirakçılar arasında ünsiyyətin qurulmasına, yeni nəzəri və praktik biliklərin əldə olunmasına şərait yaradacaqdır.

Tədbirdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat, siyasət və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman və ingilis dillərində məruzələri dinləniləcək və onların ətrafında müzakirələr aparılacaqdır. 

Bizə necə tələbələr lazımdır: İştirakçı ayrı-ayrı sahələr üzrə intellektual müzakirələr aparmağı bacarmalı, Azərbaycanın tarixi və mədəniyyəti, ictimai həyatı haqqında məlumatlı olmalı,  yay məktəbinin proqramında fəal iştirak etməli, Bakı və Abşeronun tarixi-mədəni guşələrinə və abidələrinə ekskursiyalarda (Qız qalası, Qala muzeyi, Yanardağ, Atəşgah, Şirvanşahlar sarayı, Qobustan və s.) alman dilində bələdçilik etməlidir. Eyni zamanda, dostlaşdığı alman tələbəni Azərbaycan ailəsi, məişəti ilə tanış etmək üçün bir axşam evinə qonaq dəvət etməlidir.

2. Qeydiyyat üçün lazım olan sənədlər: Yay məktəbində iştirak etmək üçün  aşağıdakı sənədləri avqust ayının 15-dək  “Go East Sommerschule 2021” başlığı altında Germanistika İnstitutunun qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik:  [email protected]

Tərcümeyi-hal (CV)
Motivasiya məktubu (Yay məktəbində nə üçün iştirak etmək istəyirsiniz? Maximum 1 səh.)

Suallar və digər məlumatlar üçün Azərbaycan Dillər Universiteti Germanistika İnstitutuna müraciət edə bilərsiniz. ([email protected])

Homepage: https://institutfurgermanistikasu.wordpress.com/go-east-sommerschule-2021-baku/

* * * 

Ausschreibung

Die DAAD-Lektorin Mara-Lisa Gezer und das Institut für Germanistik an der Sprachenuniversität organisieren die

DAAD Go East Sommerschule „Geheimnisvolles Aserbaidschan-Brücke zwischen Ost und West“

Kurstermin: 04.09.-14.09.2021 (ganztägig)

Zielgruppe: Studierende aller Studienfächer, Fakultäten und Universitäten inAserbaidscahn mit Sprachniveau Deutsch (mind. B1) und Englisch (mind. B1)

Kursort: Hauptgebäude der Sprachenuniversität, Reshid Bebudov Str. 134, Baku

1. Inhalt der Sommerschule:

Die Sommerschule setzt sich zum Ziel, den deutschen Teilnehmenden das Land Aserbaidschan vorzustellen, Verständnis zu fördern und dadurch einen Beitrag zur Annäherung zwischen europäischen Ländern und Aserbaidschan zu leisten.

Die Sommerschule bietet Studierenden im Bachelor- und Masterstudium eine gute Möglichkeit, um den deutschen Gästen einen ersten Eindruck von Aserbaidschan zu vermitteln und über aktuelle, lokal relevante Themen unterschiedlicher Bereiche zu diskutieren. Es werden verschiedene Aspekte des kulturellen und gesellschaftlichen Lebens in Aserbaidschan in Vorträgen (Literatur, Musik und Kunst, Frauenbewegung in AZ,…) von Experten aus Wissenschaft und Gesellschaft und den deutschen Teilnehmenden in deutscher und englischer Sprache präsentiert, um das theoretische Wissen sowohl der deutschen als auch aserbaidschanischen Teilnehmenden zu vertiefen und eine ideale Basis für tiefergehende Diskussionen zu bieten.

Wir suchen aserbaidschanische Studierende, die Interesse haben am Austausch mit Studierenden aus Deutschland. Ebenso sollten die aserbaidschanischen Studierenden sich aktiv am Programm beteiligen und unter anderem eine Stadtführung (Mädchenturm, Shah Palast, Miniaturmuseum,…) auf Deutsch vorbereiten, sowie bereits sein, einen deutschen Gast für einen Abend im eigenen Haus willkommen zu heißen, um einen Einblick in den aserbaidschanischen Alltag und das Familienleben zu ermöglichen.

2. Anmeldung/Bewerbung:

Für die Bewerbung schicken Sie bitte bis zum 15. August 2021 folgende Unterlagen per E-Mail mit dem Betreff „Go East Sommerschule 2021“ an das Institut für Germanistik ([email protected]):

tabellarischer Lebenslauf
Motivationsschreiben (Warum wollen Sie an dieser Sommerschule teilnehmen? Max. 1 Seite)

Fragen oder weitere Informationen:

Institut der Germanistik der Sprachenuniversität (E-Mail: [email protected])

Homepage: https://institutfurgermanistikasu.wordpress.com/go-east-sommerschule-2021-baku/