ADU-nun əməkdaşları ECAR layihəsinin tədbirində iştirak ediblər
Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinator olduğu “Azərbaycanda Rektorlar Konfransı” layihəsinin növbəti görüşü onlayn formatda baş tutub. Görüşdə layihənin Azərbaycan və Avropa universitetlərindən olan tərəfdaşları da iştirak ediblər.
Litvanın Mykolas Romeris Universitetinin əməkdaşı Dr. Inga Juknytė-Petreikienė gündəlikdə duran məsələləri görüş iştirakçılarının diqqətinə çadıraraq layihə çərçivəsində keçirilmiş sorğuların ilkin nəticələri haqqında qısa məlumat verib. Yuxarı kurs bakalavr tələbələrinin sorğuya daha çox cəlb olunması üçün tərəfdaş universitetlərə yenidən vaxt verilib.
Litvanın Mykolas Romeris Universitetinin digər əməkdaşı Dr. Regina Valutytė isə Azərbaycanda Rektorlar Konfransının və strukturunun qurulması üçün apardıqları tədqiqatın nəticələrini təqdim edərək Avropa ölkələrində olan rektorlar konfranslarının strukturlarından nümunələr göstərib.
Görüşdə, yerli Universitet əməkdaşlarına yeni tapşırıqlar verilib. Azərbaycan Dillər Universitetini Keyfiyyətin Təminatı və Monitorinq Şöbəsinin müdiri p.f.d., b/m. Könül Hacıyeva və Test Mərkəzinin müdiri b/m. Bəyim Abdulla təmsil edib.