XƏBƏRLƏR

Əziz abituriyent, ADU-nu seç, gələcəyin uğurlu olsun! - İxtisaslar

22 iyul, 2021

Hazırda 80-dən çox ixtisas üzrə mütəxəssis hazırlanan Azərbaycan Dillər Universitetində 5 fakültə, 32 kafedra, 20-dən çox Dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbə, magistrant, doktorant və əlavə təhsil alanların sayı 6500 nəfərdən çoxdur.

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır. 

ADU dünyanın müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramları mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+ mübadilə proqramı, Mövlana mübadilə proqramı, ABŞ layihələri, Eseks Universiteti, Oslo Universiteti ilə və s. ikili diplom) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləşməsinə şərait yaradır.  Ümumilikdə, universitetin xarici əlaqələri çoxşaxəlidir. Hazırda ADU-da 20 ölkənin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər Azərbaycan və müvafiq ölkələr arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edir. Mərkəzlərdə həm yerli, həm xarici mütəxəssislər çalışır, onlar həmçinin, müvafiq dilləri tədris edir, dəyirmi masa və debatlar təşkil edirlər. 

Azərbaycan Dillər Universitetində 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısını təqdim edir, abituriyentləri keyfiyyətli təhsil və uğurlu gələcək üçün ADU-nun tələbəsi olmağa çağırırıq. 

İxtisaslar  (2021-2022)

ADU nun bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (ingilis dili üzrə)

Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)

Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)

Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)

İbtidai sinif müəllimliyi*

Korreksiyaedici təlim

Məktəbəqədər təhsil*

Təhsildə sosial-psixoloji xidmət

Xarici dil müəllimliyi (ingilis dili)

Xarici dil müəllimliyi (alman dili)

Xarici dil müəllimliyi (fransız dili)

Xarici dil müəllimliyi (rus dili)

Beynəlxalq münasibətlər

Filologiya (ingilis dili və ədəbiyyatı)

Filologiya (alman dili və ədəbiyyatı)

Filologiya (fransız dili və ədəbiyyatı)

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Filologiya (rus dili və ədəbiyyatı)

Jurnalistika*

Regionşünaslıq (Böyük Britaniya üzrə)

Regionşünaslıq (Almaniya üzrə)

Regionşünaslıq (Fransa üzrə)

Regionşünaslıq (Amerika üzrə)

Regionşünaslıq (Norveç üzrə)

Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

Regionşünaslıq (Yaponiya üzrə)

Regionşünaslıq (Ərəb ölkələri üzrə)

Regionşünaslıq (Çin üzrə)

Regionşünaslıq (Cənubi Amerika üzrə)

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

Regionşünaslıq (Rusiya üzrə)

Regionşünaslıq (Türkiyə üzrə)

Regionşünaslıq (Balkan ölkələri üzrə)

Regionşünaslıq (Afrika üzrə)

Tərcümə (Azərbaycan dili-ingilis dili)

Tərcümə (rus dili-ingilis dili)

Tərcümə (Azərbaycan dili-ispan dili)

Tərcümə (rus dili-ispan dili)

Tərcümə (Azərbaycan dili-alman dili)

Tərcümə (rus dili-alman dili)

Tərcümə (Azərbaycan dili-fransız dili)

Tərcümə (rus dili-fransız dili)

Tərcümə (Azərbaycan dili-italyan dili)

Tərcümə (Azərbaycan dili-Koreya dili)

Tərcümə (Azərbaycan dili-ərəb dili)

 

ADU nun magistratura səviyyəsi üzrə ixtisasların siyahısı 

 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

Rus dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

İngilis dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Alman dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Fransız dili və ədəbiyyatının tədrisi metodikası və  metodologiyası

Xarici dil müəllimliyi (dillər üzrə)

İngilis dilinin tədrisi metodikası və metodologiyası

Alman dilinin tədrisi metodikası və metodologiyası

Fransız dilinin tədrisi metodikası və metodologiyası

Təhsildə sosial-psixoloji xidmət

Təhsildə sosial-psixoloji xidmət

Pedaqogika

Pedaqogika nəzəriyyəsi və tarixi

Sosial pedaqogika

Təhsildə qiymətləndirmə və monitorinq

Filologiya

Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı)

Azərbaycan ədəbiyyatı

Azərbaycan dili

Dilşünaslıq (ingilis dili üzrə)

Dilşünaslıq (alman dili üzrə)

Dilşünaslıq (fransız dili üzrə)

Dilşünaslıq (ümumi dilçilik)

Dilşünaslıq (müqayisəli dilçilik)

Tərcümə (dillər üzrə)

Tərcümə (ingilis dili üzrə)

Tərcümə (alman dili üzrə)

3

Tərcümə (fransız dili üzrə)

Tərcümə (ispan dili üzrə)

Tərcümə (Koreya dili üzrə)

Tərcümə (italyan dili üzrə)

Sinxron tərcümə (ingilis dili üzrə)

Regionşünaslıq

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

Regionşünaslıq (Skandinaviya üzrə)

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

Regionşünaslıq (Qafqaz  üzrə)

Regionşünaslıq (Cənubi Amerika üzrə)

Ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq)

Ölkəşünaslıq (ABŞ üzrə)

Ölkəşünaslıq (İndoneziyaşünaslıq)

Ölkəşünaslıq (Çinşünaslıq)

Ölkəşünaslıq (Yaponiyaşünaslıq)

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər və diplomatiya

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

Dünya siyasəti