XƏBƏRLƏR

ADU-nun rektoru “ATİAHİ – 100 il” yubiley döş nişanı ilə təltif olunub

22 iyul, 2021

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “ATİAHİ – 100 il” yubiley döş nişanı ilə təltif olunub. Medalı rektora İttifaqın sədr müavini Mirzə Cəfərzadə təqdim edib. 

M. Cəfərzadə təmsil etdiyi qurumun ADU ilə əlaqələrə böyük önəm verdiyini söyləyib. Eyni zamanda ADU əməkdaşlarının sosial rifah halının yaxşılaşdırılması üçün universitet rektorluğunun gördüyü işləri xüsusi dəyərləndirib.

Rektor ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.