XƏBƏRLƏR

ADU-nun professorunun həmmüəllif olduğu məqalə nüfuzlu jurnalda çap olunub

18 iyul, 2021

ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun dünyada  ingilis dilinin statusu, rolu, tədrisi ilə bağlı son araşdırmalar dərc edən “English Today” (Kembric Universiteti nəşriyyatı) adlı nüfuzlu jurnalda “English in Azerbaijan: Developments and Perspectives” adlı məqaləsi çap olunub. Məqalənin həmmüəllifi ADA Universitetinin əməkdaşı, ADU-nun doktorantı Arzu Məmmədovadır.

Məqalə Azərbaycanda 90-cı illərin əvvəllərindən bu günə qədər ingilis dilinin rolunun tədiqiqinə həsr olunub. Tədqiqatda xüsusi diqqət ingilis dilinin qlobal statusunun Azərbaycanda həyata keçirilən dil siyasətinə təsiri və bunun nəticəsində ingilis dilinin ölkəmizdə tədrisi məsələlərinə yönəlib.

Həmçinin, məqalədə ingilis dilinin Azərbaycanda və dünyada yayılmasının gələcək perspektivləri barədə fikirlər də öz əksini tapıb.