“Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib
Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.
Videokonfansı giriş sözü ilə açan universitetin tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətlərini yüksək dəyərləndirib, antinarkotik təbliğat işini dəstəkləyərək gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını bildirib.
Daha sonra Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, ADU rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarından, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıblar.
Tədbirdə mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırılıb.