XƏBƏRLƏR

ADU-da dissertasiya işləri uğurla müdafiə olunub

05 iyul, 2021

24.05.2021-ci il tarixində  ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Fəridə Məhəmmədəli qızı Allahverdiyeva  5708.01 – German dilləri ixtisası üzrə “Müasir ingilis dilində sadə cümlələrin invariant modelləri və variativliyi” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik. 

* * * 
31 may 2021-ci il taixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Xəyalə Ağamirzə qızı İbrahimova 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “XX əsr ingilis ədəbiyyatında bioqrafiya janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik. 

* * * 

31 may 2021-ci il taixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Səadət Namiq qızı Əliyeva 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

* * * 

24 iyun 2021-ci il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasının bazasında AR AAK-da qeydiyyat nömrəsi BED 2.12 Birdəfəlik dissertasiya şurasında Şəhla Bədir qızı Nağıyeva 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid və 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “Poetik tərcümədə obrazlar sisteminin verilməsi üsulları” (Azərbaycan və ingilis poeziyasının qarşılıqlı tərcüməsində adekvatlığın saxlanması) mövzusunda filologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

* * * 

30 iyun 2021-ci il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Laila Sahib qızı Qədimova 5708.01 – German dilləri ixtisası üzrə “Müasir ingilis dilində konversiyanın koqnitiv əsasları” (Когнитивные основы конверсии в современном английском языке) mövzusunda ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

* * * 

30 iyun 2021-ci il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Xatirə Əvəz qızı Qocayeva 5708.01 – German dilləri ixtisası üzrə “Diskurs strukturunun fonetik korrelyatları” mövzusunda ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.