“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda ikinci Qarabağ Vətən müharibəsi: dövlət, xalq, ordu birliyi. Uğurlar və perspektivlər” beynəlxalq konfransı - ELAN
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda ikinci Qarabağ Vətən müharibəsi: Dövlət, Xalq, Ordu birliyi. Uğurlar və perspektivlər”-mövzusunda Beynəlxalq Konfrans
29-30 oktyabr 2021-ci il
Hörmətli həmkarlar! 29-30 oktyabr 2021-ci il tarixində Azərbaycan Dillər Universitetində “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda ikinci Qarabağ Vətən müharibəsi: Dövlət, Xalq, Ordu birliyi. Uğurlar və perspektivlər”-mövzusunda Beynəlxalq Konfrans
keçiriləcəkdir.
Konfransın bölmələri:
1. Dövlət-xalq birliyi istiqamətində düşünülmüş strategiya və uğurlu nəticələr.
2. Azərbaycan Respublikasında milli ordu quruculuğunun yeni mərhələsi.Vətən müharibəsinin hərb sənətinə gətirdiyi nəzəri və praktiki yeniliklər
3. Vətən müharibəsi dövründə toqquşan beynəlxalq maraqlar konteksində Azərbaycanın xarici siyasət strategiyası
4. Vətən müharibəsinin ictimai- siyasi, informasiya və humanitar aspektləri
5. Qarabağ münaqişəsi dövründə Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi
6. İkinci Qarabağ Vətən müharibəsindən sonra Qafqazda yeni geosiyasi vəziyyət: problemlər və perspektivlər.
7. Qarabağın bərpası : Sosial-iqtisadi inkişaf perspektivləri
8. Azərbaycanın diaspor təşkilatları və Qarabağ məsələsi
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər elektron dərc ediləcəkdir.
Tezislərin son göndərilmə tarixi: 15 sentyabr 2021-ci il
Tezislərin qəbul olunması haqqında məlumat: 30 sentyabr 2021-ci il
Tezislərin tərtibinə qoyulan tələblər:
Tezisin mətni:
tezislərin həcmi – 3 səhifəyə qədər, format–A4;
açar sözlər Azərbaycan, ingilis və rus dillərində (3-5 söz) – 12 pt ilə;
tezislər Times New Roman şrifti – 12 pt ilə;
yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, sol kənar sahə –2 sm, sağ kənar sahə – 2 sm;
sətirlərarası məsafə (interval) –1,5 sm;
istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
tezislər elektron variantda təqdim olunmalıdır.
Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.
Konfrans Hibrid ( yarım əyani və onlayn) qaydada ADU- da ( ADU-nun onlayn platformasında) keçiriləcək.
Konfransın təşkilat komitəsi : Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakülıtəsi
Ünvan: Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti,
Elm şöbəsi (302-ci otaq).
Təşkilat komitəsi ilə əlaqə nömrələri:
Tel: (+994 12) 441 22 78 (2-57)
(+ 994 12) 440 47 85
(+994) 50 429 08 73 whatsapp nömrəsi
E-mail: [email protected]