ADU-nun şəhid məzununun ailəsinə medallar təqdim edilib
29 iyun, 2021
ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq faklültəsinin məzunu Bayramov Elvin İslam oğlu 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olmuşdur. Ölümündən sonra onun ailəsinə "Vətən uğrunda", "Füzulinin azad olmasına görə" və "Cəsur döyüşçü" medalları təqdim edilib.