ADU-nun döyüşçü məzunu təltif olunub
29 iyun, 2021
ADU–nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin məzunu Ağazadə Məlik Mehman oğlu 44 günlük Vətən müharibəsində iştirak etmiş və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzulinin, Xocavəndin və Laçının azad olunmasına görə medallarlarla təltif edilib.