Beynəlxalq əlaqələr şöbəsinin elanı
Beynəlxalq əlaqələr şöbəsinin elanı!
Türkiyə Cümhuriyyəti Xaricdəki Türklər və Qohum Topluluqları Başkanlığı (YTB) tərəfindən 2014-cü ildən bu yana həyata keçirilən Dövlət Qulluqçuları və Elmi İşçiləri Türkcə Ünsiyyət Proqramı (KATİP); ölkələrindən təsiredici rola malik ola biləcək, gələcək vəd edən dövlət qulluqçusu, tədqiqatçı və elmi işçilərin türkcə öyrənmələri istiqamətində bir təqaüd proqramıdır.
Proqram çərçivəsində İstanbul Universiteti Dil Mərkəzində türkcə tədrisi alan iştirakçıların türkcə dərsləri ilə yanaşı müxtəlif seminar, konfrans, qurum ziyarətləri, gəzinti və.s proqramlar ilə Türkiyəylə əlaqədar biliklərini artırmaları və Türkiyə ilə qalıcı bağlar qurmaları hədəflənmişdir.
Tələblər:
• Türkiyə vətəndaşı olmamalıdır
• Universitetdə ən azı 3 il iş təcrübəsi olmalıdır
• Magistratura və ya doktorantura dərəcəsi olmalıdır
• Tədqiqatçılar - Türkiyə ilə bağlı Tədqiqat işi aparan namizədlər arzu olunandır
• İnglis dili biliyi (yazı və dinləmə)
• Yaşı 40-dan çox olmamalıdır
• Digər Türk təqaüd proqramlarında iştirak etməməlidir
Proqram 6 və ya 10 ay davam edəcək. Təqaüd təhsil xərclərini, aylıq təqaüdü (3000 try.), aviabiletləri, yerləşmə və Türkiyədəki bütün səyahətlərin, o cümlədən mədəni fəaliyyətlərin xərclərini əhatə edir. Sağlamlıq sığortası namizəd tərəfindən əldə edilir. Uğurlu iştirakçılar 6 ay sonra orta səviyyəli B1 sertifikatı, 10 ayın sonunda isə yüksək səviyyəli C1 sertifikatı əldə edəcəklər. Səviyyə imtahanından keçə bilməyən iştirakçılar üçün maliyyə dəstəyi 20%-ə qədər azaldılacaq.
Maraqlananlar aşağıda qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.
Son müraciət tarixi: 02.07.2021
Qeyd: Maraqlanan şəxslərin onlayn qeydiyyatdan keçdikdən sonra [email protected] elektron poçt vasitəsilə Beynəlxalq əlaqələr şöbəsinə məlumat vermələri xahiş olunur.