XƏBƏRLƏR

“Rəşadətli ordu yenilməz dövlətdir” adlı onlayn tədbir keçirilib

25 iyun, 2021

Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasında Silahlı Qüvvələr Gününə həsr olunmuş “Rəşadətli ordu yenilməz dövlətdir” adlı onlayn tədbir keçirilib.  

Kafedra müdiri, dosent Əmralı Şirəliyev, kafedranın müəllimi Günel Xudayarova bu tarixi günün əhəmiyyətindən və Azərbaycan Dillər Universitetinin II Qarabağ müharibəsi dövrü ərzində həyata keçirdiyi işlərdən bəhs edib.

Tədbirdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Qulluqçuları­, I Qarabağ müharibəsinin iştirakçıları polkovnik Həbib Məmmədov və polkovnik Rauf  Dəmirov iştirak ediblər. Onlar bu tarixi günün əhəmiyyəti və Azərbaycan hərbçilərinin əzmkarlıqları barədə məlumat veriblər.

Daha sonra ADU-nun məzunu Səddam Məmmədov, kafedranın magistrantları Gülnar Həsənova, Əminə Qurbanlı, Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri fil.f.d. Yaşar Nuriyev və ped.f.d. Jalə Mehrəliyeva çıxış ediblər.

Virtual Jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı bu tarixi günün əhəmiyyəti və II Qarabağ müharibəsində qazandığımız qələbənin bizlərə yaşatdığı sevinc hissi barədə fikirlərini bölüşüb və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.