XƏBƏRLƏR

Tələbə Elmi Cəmiyyəti Əliağa Şıxlinskinin “Xatirələr” kitabının müzakirəsini keçirib

25 iyun, 2021

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Skandinaviya mərkəzi və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş Əliağa Şıxlinskinin “Xatirələr” adlı kitabının müzakirəsi keçirilib.

Tələbə Elmi Cəmiyyətinin sədri, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə iştirakçıları təbrik edib.

Daha sonra Regionşünaslıq kafedrasının müəllimi, dos. Aqil Şahmuradov kitabın SSRİ dönəmində çıxdığına görə senzuraya məruz qaldığını bildirirərək, kitabda deyilən tarixi faktları geniş şərh edib.

Regionşünaslıq kafedrasının müəllimi, dos. Bəhmən Əliyev senzura məsələsini təsdiqləyərək, kitabda təkcə yazılanlara yox, yazılmayanlara da diqqət yetirməli olduğunu bildirib. Ə.Şıxlinskinin kitabda qeyd olunmayan həyatından faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ADU Skandinaviya mərkəzinin müdiri, Regionşünaslıq kafedrasının baş müəllimi Vüsalə Əfəndiyeva Ə.Şıxlinskinin uşaqlıq, təhsil, hərbi təhsilindən və tolerant baxışlara malik olmasından danışıb və kitab haqqında ümumi təəsüratlarını bölüşüb.

Sonda Elşən Məcidov Ə.Şıxlinskinin bir zabit kimi dahiliyindən, onun hərb elminə verdiyi töhfədən və ziddiyyətləri mahircəsinə həll etmək qabiliyyətindən danışıb.