XƏBƏRLƏR

“Müzəffər Azərbaycan ordusu” mövzusunda onlayn dəyirmi masa təşkil edilib

25 iyun, 2021

ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi 23 iyun “Müzəffər Azərbaycan ordusu” mövzusunda onlayn dəyirmi masa təşkil edib.

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı t.e.d..İbrahim Kazımbəyli bildirib ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələr gününün qarşısında qürurla, sevinclə müzəffər ordu ifadəsini işlədə bilərik. Hər birimiz Müzəffər Ali Baş Komandana, Müzəffər Azərbaycan Milli Ordusunun əsgər-zabit heyətinə borcluyuq.

Regionşünaslıq kafedrasının dos.Aqil Şahmuradov, Regionşünaslıq kafedrasınnı dosenti t.ü.f.d Bəhmən Əliyev və başqaları Azərbaycan orudusunun tarixi qələbəsindən danışıblar.