XƏBƏRLƏR

“Heydər Əliyev və Şanlı Azərbaycan” konfransının materiallarından ibarət kitab çap olunub

25 iyun, 2021

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezislərindən ibarət kitab çap olunub. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans mayın 16-da bu təhsil ocağında onlayn formatda keçirilmişdi.

Konfransda 3 məcburi köçkün məktəbi olmaqla, ümumi 18 orta məktəbdən 33 şagird, 8 universitetdən 28 tələbə fəal iştirak edib. Konfransda iştirak edən 300 nəfərdən çox  tələbə və şagirdlərə sertifikatlar göndərilib.  

Kitabın açıq PDF-variantı universitetin Dspace rəqəmsal kitabxanasında yerləşdirilib, eyni zamanda bütün konfrans iştirakçılarına kitabın PDF variantı göndərilib.

ADU-nun  DSpace rəqəmsal kitabxanasından kitabın PDF versiyasını aşağıdakı linkə keçid edib əldə etmək olar.

http://217.64.17.124:8080/xmlui/handle/123456789/1108