Tələbələrin nəzərinə! - ELAN
Tələbələrin nəzərinə!
2020-2021-ci tədris ilinin II yarımili üzrə 25% (təkrar imtahanla) akademik borcların ödənilməsi üçün qeydiyyat prosesi 23-24-25 iyun 2021-ci il tarixlərində məsafədən (telefon vasitəsilə) saat 10:00-dan 14:00-ə qədər aparılır. Nəzərinizə çatdırırıq ki, 25% təkrar imtahan qeydiyyatı II-IV-VI semestrlərdə tədris olunan fənlər üzrə akademik borcların qeydiyyatı üçün nəzərdə tutulub.
Kredit ödənişini ödədikdən sonra çeki hər fakültə üzrə göstərilmiş elektron ünvana göndərməyiniz xahiş olunur.
Tələbələr qeydiyyat üçün fakültələr üzrə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilər.
Tərcümə fakültəsi üzrə- 050 678 74 92
Elektron ünvan:
Magistratura şöbəsi üzrə - 050 678 74 92
Elektron ünvan :
Sabah qrupları üzrə - 050 678 74 92
Elektron ünvan :
Təhsil 1 fakültəsi üzrə - 050 678 52 81
Elektron ünvan :
Təhsil 2 fakültəsi üzrə- 051 363 27 17
Elektron ünvan : [email protected]
Filologiya fakültəsi üzrə- 050 678 80 45
Elektron ünvan : [email protected]
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə
- 050 678 74 69
Elektron ünvan : [email protected]
Ödənişin edilməsi qaydası :
İstənilən Kapital bank filianına yaxınlaşmaqla;
Kapital bank terminalı vasitəsi ilə ;
Bank terminalı vasitəsi ilə ödəniş edərkən aşağıdakı ardıcıllıqla məlumatlar doldurulmalıdır :
Digər ödənişlər – Təhsil ödənişləri – ADU – Şəxsiyyət
vəsiqəsinin seriyası +AD,SOYAD, ATA adı –Fakültə, qrup – Təkrar imtahan (25%) KREDİT ödənişi.
Ödəniş ödənildikdən sonra qəbzin şəkli fakültə üzrə göstərilmiş elektron ünvanına göndərilməlidir.