XƏBƏRLƏR

Aida Saborun məqaləsi impakt faktorlu “SCOPUS” jurnalında dərc olunub

21 iyun, 2021

Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aidə Soborun “The role of bilingualism in complete mastery of foreign language” adlı məqaləsi impakt faktorlu “SCOPUS”  jurnalının 2021-ci il buraxılışında çap olunub.

Məqalədə müasir xarici dil vərdişlərinin formalaşmasında, xarici dildən ana dili ilə paralel istifadə zamanı bilinqvizmin rolundan, ikidilli insanlarda ünsiyyət vərdişlərinin formalaşmasından bəhs edilir.

Əməkdaşlarımızın dünya miqyaslı jurnallarda, mətbuat orqanlarında dərc olunan bu cür məqalələri həm Universitetimizin təhsil sahəsində atdığı uğurlu addımlardan, həm də professor-müəllim heyətinin müvəfəqiyyətli elmi fəaliyyətlərindən xəbər verir.

Universitet kollektivi adından dosent Aidə Soboru  təbrik edir, ona  yeni yaradıcılıq uğurları arzulayırıq.