XƏBƏRLƏR

İndoneziyanın Airlanqqa Universiteti qəbul elan edir

14 iyun, 2021

Airlanqqa Universiteti əcnəbilər üçün onlayn İndoneziya dili proqramına sənəd qəbulu elan edir. Proqram sinxron və asinxron formatda təşkil ediləcəkdir. Proqramın tədris dili ingilis dilidir. Bu proqramı uğurla bitirmiş iştirakçılar sertifikat və akademik kredit əldə edəcəkdir. Proqramda iştirak ödənişsizdir.

Başlanğıc dil səviyyəsi üzrə payız semestri 2021-ci ilin sentyabr – dekabr aylarını, orta dil səviyyəsi üzrə yaz semestri 2022-ci ilin fevral – iyul aylarını əhatə edəcəkdir.

Proqrama müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

pasport / şəxsiyyət vəsiqəsi / tələbə biletinin surəti,
şəkil,
qiymət cədvəli və ya diplomun surəti (ingilis dilində),
ingilis dili sertifikatı,
CV,
motivasiya məktubu.

Payız semestri proqramına müraciət etmək üçün son tarix 31 iyul 2021-ci il, yaz semestri proqramına üzrə müraciət etmək üçün son tarix 31 dekabr 2021-ci ildir. 

Əlavə məlumat / qeydiyyat üçün aşağıdakı keçidə daxil ola:

https://global.unair.ac.id/lingua/

və ya İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul/?eid=ARBzfxvw3cTFP2ddc0XIQpXzd3hwL9L_WjFbmWimf0m6FrHs8nYtXbZbt-pV1bsuASkzbmyzq4LmCzUS