XƏBƏRLƏR

ADU-nun kollektivi akademik Kamal Abdullanı təbrik edib

11 iyun, 2021

İyunun 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elm və təhsilin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilən Kamal Abdullaya bu ali mükafatı təqdim edib.

Təhsil naziri Kamal Abdullanı təbrik edərək ona uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söz açıb.

Kamal Abdulla öz növbəsində minnətdarlığını ifadə edib.

Daha sonra Azərbaycan Dillər Universitetinin kollektivi ali mükafat münasibəti ilə rektor, akademik Kamal Abdullanı təbrik edib, onun  Azərbaycan elmi və təhsilinin inkişafındakı xidmətlərindən danışıblar.