XƏBƏRLƏR

ADU-nun rektoruna dövlət təltifi təqdim edilib

11 iyun, 2021

 

İyunun 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elm və təhsilin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilən Kamal Abdullayevə bu ali mükafatı təqdim edib.

 

Təhsil naziri Kamal Abdullayevi təbrik edərək ona uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söz açıb.

 

Kamal Abdullayev öz növbəsində minnətdarlığını ifadə edib.