XƏBƏRLƏR

Professor Əsgər Zeynalov Türk Dünyası Araşdırmalar Simpoziumunda iştirak edib

11 iyun, 2021

Niğde Ömər Xalisdemir Universitetinin (Türkiyə), Qazax Milli Qadınlar Pedaqoji Universitetinin (Qazaxıstan) və Bakı Avrasiya Universitetinin (Azərbaycan) təşəbbüsü ilə VIII Beynlxalq Türk Dünyası Araşdırmalar Simpoziumu keçirilib.

Simpozium türk dilli ölkələrin, xalqların iştirakı üçün nəzərdə tutulub və hər bir xalqın nümayəndəsi məruzəni öz dilində edib. Gündəliyə dil, ədəbiyyat, iqtisadiyyat, incəsənət və elmin müxtəlif sahələri ilə bağlı mövzular daxil edilib.

Simpoziumda ADU-nun Fransız dili mədəniyyəti Mərkəzinin müdiri, Təhsil-2 fakültəsi  nəzdində Xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru Əsgər Zeynalov “Fransız ədəbiyyatında türk-hun mövzusu” adlı məruzə ilə çıxış edib.

Azərbaycanlı alim Fransız ədəbiyyatının görkəmli nümayəndələri Rable, Kornes, Volterin, Hüqonun türk-hun mövzusunda yazdığı əsərlərdən bəhs edib, xüsusilə Atilla ilə bağlı bir sıra qaynaqlara söykənərək maraqlı fikirlər söyləyib.

Tədqiqatçı vurğulayıb ki, fransız, ümumiyyətlə Avropa ədəbiyyatında türklərə qarşı ikili münasibət olub - xeyirxah və qərəzli.

Hörmətli professorumuz Əsgər Zeynalovu təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.