XƏBƏRLƏR

ADU-nun bir qrup əməkdaşı Qətər rəqəmsal təlim sammitində iştirak edib

07 iyun, 2021

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə  universitetin bir qrup əməkdaşları Qətər rəqəmsal təlim sammitində iştirak edib. Təlim virtual tədbir platforması vastəsi ilə keçirilib.

2 günlük təlimdə iştirakçılar Pandemiya dövründə təhsil sahəsinin təkmilləşdirilməsi və ümumilikdə elektron təhsilin inkişafının sürətləndiyini, eyni zamanda əsəs sənaye xadimlərinin nüfuzlu məlumatları ilə  geniş araşdırma, davamlı gələcək üçün elektron tədrisin maksimum səviyyəyə çatdırılması ilə bağlı müxtəlif təhsil müəssisələri və təşkilatların qarşılaşdığı həlledici məsələlərini, təhsil sektorunun inkişafı üçün rəqəmsal təhsil sənayesinin əsas maraqlı tərəflərini və yenilikləri öyrənmiş oldular. Digər e-tədris mütəxəssisləri ilə əlaqə qura və yüksək profilli iş nümunələri təqdim edən sənaye liderlərindən son məlumatları əldə edə və interaktiv müzakirələrin şahidi oldular.

Bu konfrans dünyanın dörd bir yanından “Qətərin Milli Vizyonu 2030" təhsilinin modernləşdirilməsi və rəqəmsallaşdırılmasına xidmət edəcək təminatçıları bir araya gətirmək üçün hazırlanmışdır. Təlimdə təhsil sahəsinin hazırda qarşılaşdığı problemlərin həlli ilə yanaşı qabaqcıl sənaye mütəxəssisləri ilə görüşmək,”Ted talks”  natiqləri, Qətər fondu və bir çox digər nüfuzlu qurumların rəhbərləri, eləcə də universitet professorları ilə əlaqə qurmaq fürsəti yaratmış oldu.