XƏBƏRLƏR

Dosent İbrahim Kazımbəyliyə tarix elmləri doktoru elmi dərəcəsi diplomu təqdim olunub

07 iyun, 2021

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tarix elmləri doktoru elmi dərəcəsi diplomu təqdim olunub. Bu barədə ADU-nun Elmi Şurasında məlumat verilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla və Elmi Şura üzvləri bu münasibətlə İbrahim Kazımbəylini təbrik edib, ona işlərində və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu ediblər.

İ. Kazımbəyli diqqət üçün akademik Kamal Abdullaya, Elmi Şura üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ali Attestasiya Komissiyasında karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 10 elm sahəsi üzrə 19 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilib.

Komissiyanın sədri Famil Mustafayev elmi dərəcə və elmi ad almış tədqiqatçıları təbrik edib, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.