XƏBƏRLƏR

ADU tələbələrinin diqqətinə! - ELAN

04 iyun, 2021

Azərbaycan Dillər Universiteti 2020/21-ci tədris ilinin yaz semestrində dərslərdə iştirak etməmiş, 50%-lik qaib limitini aşmış tələbələr üçün Yay məktəbi müddətində intensiv dərslər təşkil etməyi qərara alıb. Qaib limitini keçmiş və məşğələ balı olmayan tələbələr bu dərslərdə iştirak edib imtahan verə bilərlər. 

Buraxılış kurslarında Yekun Dövlət Buraxılış Attestasiyası (YDBA) hansı formada keçirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq sənədin tezliklə təsdiqlənməsi gözlənilir. Təkliflər qəbul olunduğu halda dövlət imtahanı verəcək tələbələr YDBA-dan Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) əsasən keçəcəklər. Buraxılış işi yazmış tələbələr istədikləri halda ÜOMG-nə əsasən və ya buraxılış işini müdafiə etməklə YDBA-dan keçə bilərlər. Bir daha qeyd edirik ki, bu haqda dəqiq məlumatı TN-in müvafiq sənədi daxil olduqdan sonra bildirmək olar.

Məlumat üçün bildiririk ki, 03.06.2021-ci il tarixdən imtahan sessiyası başlayıb. Tələbələr imtahanlardan uğurla keçiblər.