XƏBƏRLƏR

Dilarə İsmayılovanın "İngilis dilinin tədrisi metodikası" kitabı işıq üzü görüb

29 may, 2021

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru Dilarə İsmayılovanın  “English Teching Methodology” (“İngilis dilinin tədrisi metodikası”) adlı metodik vəsait işıq üzü görüb.

“English Teching Methodology” xarici dil müəllimləri və dil təhsili sahəsində fəaliyyət göstərən təcrübə keçən müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitdir. Bu kitab dilin tədrisi metodikasının bütün aspektlərinin – dinləmə, danışıq, oxu, yazı, qrammatika, tələffüz, lüğət və öyrənmə strategiyalarının əsas xüsusiyyətlərindən bəhs edir və eyni zamanda auditoriya daxilində qarşılıqlı əlaqələr, materialların hazırlanması və dilin tədrisində alternativ metodlardan istifadə edilməsi kimi məsələlərə toxunulub.

 “English Teching Methodology” dərsliyi dil müəllimləri, eyni zamanda bakalavriat və magistr dərəcələrində təhsil alan tələbələr və Tətbiqi Dilçilik sahəsində fəaliyyət göstərən, xarici dilin tədrisinin bütün sahələri barədə dərin biliyə sahib olmaq istəyən tədqiqatçılar və ümumilikdə Pedaqogika, Psixologiya, Linqvodidaktika sahələrində ixtisaslaşan araşdırmaçılar üçün böyük önəmə sahib olacaqdır.