XƏBƏRLƏR

Fialə Abdullayevanın "Şifahi tərcümə fənninin tədrisinə aid metodik göstərişlər" kitabı çap olunub

25 may, 2021

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Bəylər qızı Abdullayevanın "Şifahi tərcümə fənninin tədrisinə aid metodik göstərişlər" adlı kitabı işıq üzü görüb.

Metodiki vəsait ilk növbədə, tərcümə hazırlığı ilə məşğul olan müəllimlər üçün nəzərdə tutulub. Burada müəllif oxucuları dilmanc hazırlığında qarşıya çıxan bir sıra önəmli sualların cavabları ilə tanış edir, onlara Şifahi tərcümə dərslərinin məzmunu, quruluşu ilə bağlı ətraflı məlumat verir, dilmanc hazırlığında lazım olan vərdişlərin formalaşması üçün maraqlı təmrin və tapşırıqlar təklif edir.