XƏBƏRLƏR

ADU əməkdaşının yeni dərs vəsaiti çap olunub

20 may, 2021

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayevanın “Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı” adlı dərs vəsaiti çap olunub. Vəsaitdə ABŞ-ın coğrafi mövqeyi, qısa tarixi, iqtisadiyyatının ümumi xarakteristikası və infrastrukturu, nəqliyyat və turizm sektoru, maliyyə-kredit sistemi, sosial-iqtisadi problemləri, dünya iqtisadiyyatında yeri və mövqeyi, həmçinin, Azərbaycan Respublikası ilə iqtisadi əlaqələri araşdırılır.

Dərs vəsaitinin elmi redaktoru UNEC Biznes Məktəbinin direktoru, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının dosenti, i.e.n. N.Ö.Hacıyev, rəyçiləri isə Az.MİU-nun Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor, i.e.d. M.A.Məmmədov və Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi, i.f.d. S.E.Məhərrəmovadır.

Dərs vəsaitindən ali təhsil tələbələri və magistrantları, elmi tədqiqat işçiləri, həmçinin, müəllimlər bəhrələnə bilər.

Qeyd edək ki, Şəfəq Abdullayeva bir dərslik, üç dərs vəsaiti, səkkiz proqram, 50-dən çox məqalə və tezislərin müəllifidir.

Elmi əsərləri Kanada, Türkiyə, Rusiya, BƏƏ, Polşa, Serbiya, Qazaxıstan və s. ölkələrdə dərc edilib.