XƏBƏRLƏR

Vebinar iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub

19 may, 2021

Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə universitet tələbələri arasında keçirilən “CulturALLY Engaged: Bridging Youth through cultural Perspectives” adlı vebinarın iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.

Vebinarda iştirak etmiş Azərbaycan Dillər Universiteti tələbələri Dokuz Eylül Universiteti və Azərbaycan Dillər Universiteti rəhbərliyi tərəfindən imzalanmış sertifikatlarla və Azərbaycan Dillər Universitetinin zəngin kitabxanasından olan hədiyyələrlə təltif olunublar.

Sertifikat və hədiyyələri iştirakçılara Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Könül Hacıyeva və Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov təqdim edib, hər bir iştirakçıya təşəkkür bildirib, gələcək elmi fəaliyyətlərində onlara uğurlar arzu ediblər.