XƏBƏRLƏR

“Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” müsabiqəsi elan olunub

30 aprel, 2021

Azərbaycan Dillər Universitetinin  Tələbə Elmi Cəmiyyəti,  Həmkarlar İttifaqı Komitəsi və Regionşünaslıq kafedrasının birgə  təşəbbüsü və  təşkilatçılığı ilə Ümummilli  Lider  Heydər  Əliyevin və  II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş:  bakalavr və magistrantların “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsi elan olunur.  

Münsiflər heyəti:

- Sədr: Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru prof. N. Məmmədov

1. – üzv: Beynəlxalq münasibətlər kafedrasının müdiri dos. A. Yusifzadə

2. – üzv: ADU Həmkarlar Komitəsinin sədri dos. M. Məmmədov

3. – üzv: Regionşünaslıq kafedrasının müdiri dos. S. Əliyeva

4. – üzv: Tələbə Elmi Cəmiyyətinin sədri müəl. E. Məcidov

Müsabiqənin şərtləri:

- Arzu edənlər Heydər Əliyevin siyasi irsinin, müəyyən etdiyi daxili və xarici siyasət xəttinin II Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında oynadığı rol istiqamətində orijinal, əvvəl yazılanları təkrar etmədən, yeni fikirlər ifadə edən esselər yazmalıdırlar,

- Esselər: Times New Roman şrift, 1,15 interval, 12 şrift, səhifənin ölçüləri: hər tərəfdən 2 sm olmaqla, A4 formatda tərtib edilməlidir,

- Yuxarı sağ küncdə tələbənin adı, qrupu, elektron ünvanı, elmi rəhbərin adı, ortada essenin adı olmalıdır,

- Esselərin həcmi 2 səhifədən artıq olmamalıdır,

- Istifadə edilən ədəbiyyatın siyahısı: əlifba sırası ilə müəllifinin soyadı, adının baş hərfi, ədəbiyyatın adı, nəşr edildiyi yer, il, nəşriyyatın adı, ümumi səhifə sayı göstərilməlidir,

- Esselər Azərbaycan, Rus, İngilis və ya tələbənin ixtisas dilində yazıla bilər.

Qiymətləndirmə meyarları:

- Mövzu orijinal olmalı,

- Ədəbiyyatlar elmi və nüfuzlu mənbələrdən olmalıdır,

- Giriş və dərin təhlil olmalı,

- Şəxsi qiymətləndirmə, təkliflər olmalı,

- Konkret elmi nəticə ilə yekunlaşmalıdır.

Mükafatlar: 3 məqaləyə (I, II, III yer) diplom və uyğun pul mükafatı veriləcək. Esselərin göndərilməsi üçün son tarix: 7 may 2021-ci il

Müsabiqənin nəticələri və mükafatlandırılma May ayının sonunda elan ediləcək.

Esselər elektron olaraq (konfrans tezisi ilə səhv salınmaması üçün məktubda Esse olması vurğulanmaqla) [email protected] ünvanına göndərilməlidir.