XƏBƏRLƏR

“Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” - ELAN

23 aprel, 2021

TÜRKİYƏ EYUDER EĞİTİM DƏRNƏYİ, ŞAMAXI RAYON SABİR QƏSƏBƏ TAM ORTA MƏKTƏBİ VƏ AZƏRBAYCAN DİLLƏR UNIVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ  BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS

Hörmətli həmkarlar!

20-21 may  2021-ci il tarixlərində Türkiyə Eyuder Eğitim dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə  “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda  beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransın məqsədi: Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin  ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir. 

Konfransın istiqamətləri aşağıdakılardır :

Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında eşq konsepsiyası;
Nizami Gəncəvi və Yunis Əmrə düşüncəsi dünya ədəbi-elmi fikir tarixində;
Nizami Gəncəvi və folklor; Yunis Əmrə və folklor;
Nizami Gəncəvi və türkçülük; Yunis Əmrə və türkçülük;
Nizami Gəncəvi və müasirlik;  Yunis Əmrə və müasirlik;
Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına aid şeir və rəsm nümunələrinin video-təqdimatı

Konfransın işçi dilləri: Azərbaycan və türk

Tezislərin son göndərilmə tarixi: 1 may 2021-ci il

Tezislərin quruluşu,  tərtibi qaydaları:

 müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, iş yeri, təhsil müəssisəsinin adı,  elektron ünvanı, əlaqə nömrəsi – 12pt, tünd rənglə (səhifənin yuxarısında sağda);

 tezisin adı -14 pt, tünd rəng, ortadan;

mətni:

tezislər Times New Roman şrifti– 12pt ilə;
açar sözlər Azərbaycan, türk və ingilis dillərində (5 söz) verilməlidir;
tezisin həcmi: 1 səhifə, format- A4;
yuxarıdan -3sm, aşağıdan- 2 sm, soldan- 2sm, sağdan -2sm;
şriftlər arası məsafə (interval) 1,5 sm;
istinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir və səhifəsi mətnin içərisində göstərilir. (Məsələn: [1] və ya [1, s.119]);

tezislər elektron formada qəbul olunacaqdır.

Konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər.

Konfrans materialları kitab şəklində çap olunacaqdır. Konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır. Konfrans Zoom platformasında keçiriləcəkdir. İştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 50) 378 44 24, (+994 51) 325 76 96

E-mail: [email protected]