Cəmilə Əliyeva: "Kitabxana öz işini universitetin strateji inkişaf planına uyğun şəkildə quracaq".

Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin (EKİXM) rəhbəri Cəmilə Əliyeva ilə müsahibəni təqdim edirik.
- Cəmilə xanım, yeni qurumun yaradılmasının məqsədi nədir?
- Başlıca məqsəd yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir. Yeni qurum kitabxana şöbəsindən mərkəzə çevrilib. Biz çalışmalıyıq ki, kitabdan başqa, informasiya mənbələrindən, bədii və sənədli, nəşr və elektron informasiya, lokal və məsafəli informasiyalardan istifadəni təmin edək, dərslik və tədris materiallarında əks etdirilən məlumatları daha da dolğunlaşdıraq. Mərkəzdə ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilməsi abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır və həmçinin bu da oxucuların hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradır.
- Gələcək planlarınız nədir?
- Təbii ki, universitet rəhbərliyi tərəfindən Kitabxanaya göstərilən diqqət və qayğıdan ruhlanan kitabxana əməkdaşları da kitabxananın bütün istiqamətlər üzrə inkşafının təmin edilməsinə daha məsuliyyətlə yanaşmaq, kitabxana-oxucu münasibətlərinin yeni müstəvidə qurulmasına, xüsusən rəqəmsal arxiv fondunun yaradılmasına, elektron kataloq, elektron kitabxana, vasitəsilə informasiya xidmətinin standartlara uyğun şəkildə qurulmasına böyük səy göstərəcək. Kitabxanada aparılan islahatların uğurla nəticələnməsində peşəkar kitabxanaçı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olmağım rəhbərliyin qarşımıza qoyduğu məsələlər və universitetin strateji inkişaf planına uyğun şəkildə aparılacaq.
- Kitabxana kimi yaxud EKİXM kimi fəaliyyət dairəniz nə dərəcədə genişdir?
- Kitabxanada elektron inventarlaşma, dünya kitabxanalarının tanıdığı avtomatlaşdırılmış kitabxana sistemində istifadə olunan MARK21 formatının tətbiqinə nail olunub. Kitabxananın vahid idarəolunma sistemi, rəqəmsal arxiv idarəetmə kompleksinin sxemi və digər texnologiyalar tətbiq olunub. Dünya universitet kitabxanalarında tətbiq olunan Dspace Rəqəmsal Arxivi və KOHA avtomatlaşdırılmış Kitabxana sistemi tətbiq olunur.
Dspace Rəqəmsal Arxiv ADU-nun müəllimləri, işçiləri və tələbələrinin elmi tədqiqatlarının qorunub saxlanılmasını təmin edən Kitabxana İnformasiya xidmətidir. Açıq girişə kitablar, konfrans materialları, şəkillər, məqalələr, hesabatlar, tezislər, dissertasiyalar və s. daxildir. Rəqəmsal Arxiv təkcə müasir və inkişaf edən məlumat, informasiya və kommunikasiya qaynağı deyil, həm də universitetin əhəmiyyətli rəqəmsal xidmətlərindən biridir.
İndiki halda bizə daha böyük səlahiyyət və imkanlar verilir ki, Elmi Kitabxana İnformasiya Mərkəzi kimi respublika daxili və xarici universitet kitabxanaları ilə, Azərbaycan Kitabxana İnformasiya Konsorsumu, ANKOS (Anadolu Universitet Kitabxanaları Konsorsumu) və digər kitabxana birlikləri ilə təcrübi iş paylaşmaları, xariclə məlumat inteqrasiyası edək. Azərbaycan Kitabxana İnformasiya Konsorsumuna aprel ayından üzv olmağımız, artıq bu istiqamətdə işimizin uğurlu nəticəsidir ki, universitetin maliyyə dəstəyi ilə və güzəştli şərtlərlə AzkİK konsorsiumu üzvü kimi universitetimiz adına EBSCO akademik informasiya bazasına abunə olmuşuq. Bazada axtarış modulları aşağıdakı adlardadır, bu baza Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin səhifəsində xidmətinizdədir.
Academic Search Premier https://www.ebscohost.com/titleLists/aph-journals.xls
Business Source Premier https://www.ebscohost.com/titleLists/buh-journals.xls
Health Source: Consumer Edition https://www.ebscohost.com/titleLists/hxh-coverage.xls
Health Source: Nursing/Academic Edition https://www.ebscohost.com/titleLists/hch-coverage.xls
MasterFILE Premier https://www.ebscohost.com/titleLists/f5h-journals.xls
Newspaper Source https://www.ebscohost.com/titleLists/nfh-coverage.xls
GreenFILE https://www.ebscohost.com/titleLists/8gh-coverage.xls
AzKİK'in abunləyinə həmçinin aşağıdakı İndex və Abstract databazaları da daxildir.
ERIC https://eric.ed.gov/?journals
MEDLINE https://www.ncbi.nlm.nih.gov/nlmcatalog?term=currentlyindexed
Library Information Science and Technology Abstracts https://www.ebscohost.com/titleLists/lxh-coverage.xls
- Yeni qurulan bölmədə iş prinsipi necə planlaşdırılır? Analitik informasiya xidmətləri bölməsi - bibliometrik və elmmetrik fəaliyyət haqqında nə deyə bilərsiniz?
- Bu bölmə Azərbaycan kitabxanalarında ilkin bizim universitetdə təsis olundu.Bu da hörmətli rektorumuz Kamal Abdullanın və elmi işlər üzrə prorektor Novruz Məmmədovun uzaqgörən idarəçilik təcrübəsindən irəli gəlir. Bu bölmə mötəbər informasiya bazalarının, elmi jurnalların, nüfuzlu elmi məqalələrin müəyyənləşdirərək universitetin alim və tədqiqatçılarının vahid məlumat bazasının yaradılmasını həyata keçirir. Müəllimlərin H-İndeksinin müəyyənləşdirilməsi, reytinqlərin, İF (impakt faktor) göstəricilərinin müəyyənləşdirilməsi və yüksəldilməsi yolları ilə əlaqədar təkliflərin hazırlanması, treninqlərin keçirilməsi, alim və tədqiqatçılar üçün elmi bazalar və nüfuzlu elmi jurnallar haqqında məlumatların hazırlanması, elmmetrik üsullarla universitetdə müxtəlif elmin inkişafı istiqamətlərini müəyyənləşdirmək, universitetin, kafedraların, alimlərin, jurnalların, gənc tədqiqatçıların reytinqlərinin artırılması istiqamətində fəaliyyət göstərmək. Elmi Kitabxananın Informasiya Xidməti Mərkəzi mütəxəssislərinə informasiya xidmətləri ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirir.