XƏBƏRLƏR

Multikulturalizm ETL Nəriman Nərimanova həsr olunan tədbir keçirib

16 aprel, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyini qeyd edilməsi haqqında” 14 fevral 2020-ci ildə imzaladığı Sərəncamdan sonra  ölkə ərazisində tətbiq olunan  COVID-19 pandemiyası ilə əlaqədar karatin rejiminin tələblərini gözləməklə  həyatını  xalqımızın  azadlığı, müstəqiliyi uğrunda mübarizəyə həsr edən görkəmli ictimai-siyasi  və dövlət  xadimi, böyük ədib  Nəriman Nərimanovun  yubiley  tədbirləri vaxtaşırı olaraq  keçirilir.

Bununla əlaqədar olaraq, 16 aprel 2021-ci ildə Azərbaycan Dillər Universitetinin Multikulturalizm ETL-da baş tutan “Nəriman Nərimanovun ictimai siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri” mövzusunda videokonfrans da Prezidentin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr edilmişdir.  

Tədbirdə, Multikultralizm ETL-nın müdiri Loğman Rəşidzadə, Yeganə Qasımova (Multikultralizm ETL-nın elmi işçi) “Nəriman Nərimanovun həyatı və ictimai siyasi fəaliyyəti”, Turan Kərimli (Multikultralizm ETL-nın elmi işçi  ) “Nəriman Nərimanovun mədəni-maarif fəaliyyətinin Həştərxan dövrü”, Sərinə Rəhimova (Multikultralizm ETL-nın elmi işçi) “Nəriman Nərimanov yaradıcılığında multikulturalizm meyilləri”, Əli Fərhadov  (Tarix muzeyinin böyük elmi işçisi, t.ü.f.d.) “Nəriman Nərimanovun yaradıcılığında humanizm və tolerantlıq”  çıxış etmişlər.

Eyni zamanda tədbirdə Universitetin Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov, Nəriman Nərimanovun ev muzeyinin direktoru Kamilla Hüseynova, universitetin digər əməkdaşları və tələbə kollektivi iştirak etmişdir.